Yaşamaq və yaratmaq həvəsi ilə 2019-cu ilə daxil olduq!

Bir il də artıq yaşadıq. Bizim üçün bu xüsusi və demək olar ki, taleyi həll edən bir il oldu. YARADAN öz təməlini qoydu və böyük ailəyə çevrildi. Bu ailədə uşaqların və böyüklərin ürəkləri bir-biri ilə birləşib gözəl vahidlik yaratdı. Bir çox ümidlər gerçəkləşdi və yerinə inam və sevgi dolu qucaqlar gətirdi. Biz günləri saymırdıq, biz yalnız görüşlərimizi səbirsizliklə gözləyirdik, təqvimdəki rəqəmlər isə öz ardınca gedirdi. Hər günümüz məna və arzularla dolaraq, ürək ağrısı və göz yaşları ilə dolu vaxtları geridə qoyub, özümüzü bədbəxt sandığımız günləri sadəcə bir təcrübəyə çevirdi. Vidalaşdığımız il bizi bir-birimizlə qovuşduran, yaşayıb yaratmaq imkanı verən gözəl bir il oldu. Yeni il isə bizlərə yeni imkanlar, arzu və sevgi gətirsin!

Subscribe