​«YARADAN UŞAQLAR»-ın Heydər Əliyevin xatirə gecəsində çıxışı

Mayin 10-da bakı kitab mərkəzində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə YARADAN Yaradıcılıq Birliyinin “Yaradan uşaqlar” layihəsinin gənc iştirakçıları qonaqlarla fərqli ünsiyyət quraraq Heydər Əliyevin xatirəsinə ithaf olunmuş maraqlı interaktiv tamaşa göstərdilər, ulu öndərin çıxışlarından kəlamlar oxudular. Xatirə gecəsində ulu öndərin ən sevdiyi mahnılarından biri olan “Küçələrə su səpmişəm” xalq mahnısı və S.Vurğunun “Azərbaycan” şeiri səsləndi.

Uşaqlar, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərdən birini oxuyub, qonaqların qəlblərinin ən incə tellərinə toxundular.



Subscribe