Qonaq - parfümer Şölə Mahmudova

Yaradan layihəsinin həm boyük həm də uşaq iştirakçılarını ətirlər dünyası ilə tanış edən mütəxəssiz Şölə Mahmudova ilə olduqca maraqlı bir görüş keçdi. Təəcübləndirici və yadda qalan məlumatlar, tarixi faktlar, təbii və kimyavi üsulla əldə edilən ətirlərin əmələ gəlməsi haqda açıqlamalar bizim üçün əsl yenilik oldu. Bütün bunlar və uşaqlar üçün xüsusilə düzəltdiyi və hədiyyə etdiyi ətirlər üçün böyük təşəkkürümüzü bildiririk.

Şölə Mahmudova boya və laklar istehsal edən zavodda baş texnoloq vəzifəsində çalışır. İkinci peşəsinə ətirlər paytaxtı adlanan Fransanın Qrass şəhərində parfümeriya kursunu bitirərək nail olmuşdur. İncəsənəti çox sevir, parfümeriya - ətirlər vasitəsilə hissləri çatdırmaq sənəti olduğuna inanır.

Yaradan uşaqlar və parfümer Şölə Mahmudova

Subscribe