"Gözəl bir gün" adlı festival

İyunun 3-də, Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində uşaqların beynəlxalq müdafiyəsi gününə həsr olunmuş "Gözəl bir gün" adlı illik festivala start verilmişdir.

Bu bayram ərzində Maqsud İbrahimbəyovun eyni adlı əsərinə həsr olunmuş xeyriyyə layihiyəsində "İstedart " və " Yaradan uşaqlar "dan qırxdan çox uşaq iştirak etdi.

Qeyd edək ki, İstedArt - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən bu layihə inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqları, yaradıcı tərəflərinin kəşf olunması məqsədi ilə yaradılıb.

"Gözəl bir gün" əsl bayram əhvalı yaratdı və həqiqətən maraqlı və yadda qalan oldu. Festivalda uşaqlar həm əyləndilər, həm də maraqlı ustad dərsləri keçdilər. Gün ərzində uşaqlarla istedadlı rəssamlar, musiqiçilər, fotoqraflar, xoreoqraflar və s. məşğul oldular.

YARADANbirliyi Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəziylə birgə festivalın təşkilində iştirakı üçün böyük sevinc və minnətdarlığını bildirir və digər təşkilatçılara da təşəkkür edir - "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunub.



Subscribe