Humanist pedaqogika

“Humanizm” sözünün mənası latın dilindən tərcümədə insani, insanpərvərlik, insansevərlik deməkdir. Humanist pedaqogika ən vacib dəyər kimi insanın şəxsiyyətini, ona doğulan andan verilmiş bacarıqlarının inkişaf etdirilməsi hüququnu hesab edir.

Humanist pedaqogikanın əsasları:

  • Uşağın imkanlarına inanmaq və bir şəxsiyyət kimi ona hörmət etmək.
  • Onun təbii qabiliyyətlərinin aşkarlamaq.
  • Onu xeyirxahlığa və ədalətə xidmət etməyə yönəldirmək.


Uşaqlara təhsil verərkən bu düşüncəyə riayət etmək lazımdır: şükür ki, uşağın tərbiyyəsi ilə məşğul olmaq imkanımız var.

Mən əla valideynəm, Tanrı tərəfindən mənə hədiyyə edilən gözəl övladım var. Bu, mənim şəxsi mülkiyyətim deyil – mənə kainati bir varlıq həvalə edilmişdir. O, qocalıqda bir içim su vermək üçün deyil, alın yazısındakı missiyanı yerinə yetirmək üçün bu dünyaya gəlmişdir.

İstisnasız, bütün valideynlər balalarına yalnız səadət arzulayır.

Eyni zamanda, "xoşbəxtlik" anlayışında maddi rifaha, karyera artımına, xoşbəxt evliliyə və s. kimi amillər də var. Lakin xoşbəxtlik haqqında belə bir fikirlər məhdudiyyətlər yaradır, uşağın həyat yolunu bağlayır. Əsas məqsəd mərd və alicənab bir şəxsin yetişdirilməsidir. Valideynlər övladına böyük miras qoymasa, mərd və alicənab bir adam məğlub ola bilərmi? Əsla! Çünki o, mənəvi dəyərlərə malikdir. Həqiqətən də, Yer üzündə adi həyat yalnız əbədi həyata bir hazırlıqdır.

Övladınızın mərd və alicənab olması üçün ona siz özünüz nümunə olmalısınız.

Övladınızı özünüz olduğunuz kimi böyüdün. Bəs, özümüz necə nümunə olmalıyıq? Təbəssüm bəxş etmək, faydalı bir əşya hədiyyə etmək, xoş xəbər vermək, xeyirxah bir iş görmək – bu, əlicənablığın təzahürüdür. Bu keyfiyyətlərin özünüzdə aşılayıb, inkişaf etdirməyin özü artıq zadəganlıq və səxavətlilikdir.

Bu gün “indigo” uşaqları deyilən yeni, xüsusi bir nəsil böyüyür.

Onlar hər şeyi yaxşılığa doğru dəyişmək üçün bu dünyaya gəldilər. Bunu həyat özü tələb edir. Əziz valideynlər, əgər biriniz nalayiq sözlərdən istifadə edir, hərzə danışırsa, övladlarınıza görə bunlardan vaz keçməlisiniz. Paxıllıqdan, həsəddən və ətrafdakılara qarşı lazımsız iddialardan düşüncələrinizi azad etməlisiniz. Şərqdə deyirlər: "İradə insan daxilindəki Allahdır", odur ki, ağlınızda olan lazımsız və zərərli fikirlərdən qurtulmaq üçün bütün iradənizi toplayın. Zehni çirkin fikirlər və istəklərlə ağlınızı zibilləməyin. Axı, onlar doğulur, bir ömür yaşayır və ölürlər, amma özlərindən sonra ağılda energetik çirkin izlər qoyurlar.

Valideynlərin məqsədi uşaqları çirkin məlumat axarından qorumaqdır.

Bu gün televiziyada göstərilənlər uşaqların ruhunu öldürən həddindən artıq təcavüz, qəzəb, şiddətin olduğu məlumat zibilliyidir. Bunun əvəzinə uşaqlara xeyirxahlığı təşviq edən kitablar oxuyun, onlarla teatrlara, qalereyalara gedin. Uşağın xarakterini dəyişmək yox, yalnız tərbiyyə etmək olur. Hər bir uşaq böyük bir sərvətin daşıyıcısıdır. Biz isə həmin sərvəti uşaqların əlləri çatmayan bir yerə gizlədib, qıfıllayırıq.

Hər bir uşaq dünyaya fitri gözəllik hissi ilə doğulur.

Valideynlər isə bu hissi dəstəkləmək və inkişaf etdirməlidirlər. Bu nə deməkdir? Sözün gözəlliyi, evdə xoş bir atmosfer, isti ailə mühiti ilə əhatə etməlidirlər. Danışıq qabiliyyəti Tanrının bizə bəxş etdiyi böyük bir hədiyyədir, buna görə də vaxtınızı boş-boş söhbətlərə sərf etməyin. Sözlərlə müdriklik ötürün, sevməyi, bağışlamağı, təsübkeşliyi, ruhən inkişaf etməyi öyrədin. Yalnız bu zaman uşaq düzgün böyüyəcək.

Uşaqlarla böyüklər kimi davranın, "ağzınızı əyə-əyə" danışmayın, onlar bunu sevmirlər.

Uşaqlarla danışanda onlara hörmət etmirsinizsə, o zaman heç danışmayın. Əlbəttə ki, bunu həyatda etmək çətindir. Hər şey düşüncədən başlayır, odur ki, düşüncənizi uşaqlarla söhbət zamanı səmimi olmağa, onlarla hörmətlə davranmağa, onları olduqları kimi qəbul etməyə kökləyin və nəticədə uğur qazanacaqsınız, əziz valideynlər.

Subscribe